Vidadi İsgəndərli Fransa səfirliyində avropalı diplomatlara "dərs" keçdi

Hazırda oxunan: Vidadi İsgəndərli Fransa səfirliyində avropalı diplomatlara "dərs" keçdi

40232

Hüquq müdafiəçisi Vidadi İsgəndərli yanvarın 20-də Fransa səfirliyində çoxsaylı avropalı diplomatlarla görüş keçirib. Onun bu görüş barədə Moderator.az-a göndərdiyi məlumatı qısa ixtisarla təqdim edirik:

"Dünən, yəni yanvarın 20-də Fransa səfirliyində ATƏT,Avropa Birliyi,Fransa və bir neçə diplomatik korpusların nümayəndələri ilə mənim xahişimlə görüş keçirildı.Görüş təxminən 2 saat davam etdi.Görüş 2 hissədən ibarət oldu. 1 ci hissədə son zamanlar mənim KİV -də rüşvət və korrupsiya ilə bağlı yazdığım məqalələr,müsahibələr,statuslarımla bağlı mənə və ailəmə qarşı siyasi terrorla bağlı oldu.Görüşün 2-ci hissəsində siyasi məhbuslar,insan haqlarının pozulması prioritet təşkil etdi.Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində Avropanın və ABŞ-ın rolu, korrupsiyanın beynəlxalq miqyas alması və Avropaya da nüfuz etməsi məsələsinə də toxunuldu.

 KİV -də mənim tərəfimdən ictimaiyyətə korrupsiya və siyasi xəyanətlərdən bəhs edən FB da, Gündəm -Xəbər, Reytinq,xüsüsi ilə Moderator.az saytında gedən açıqlamalar, məqalələrlə əlaqədər mən28.12 .2013 ildə Baş Prokurorluğa dəvət edilərək 5 saat  dindirilməklə həbsimin anonsunu almağım,ölkənin baş prokuroru Zakir Qaralov onun barəsində “Azadlıq”, “Reytinq”, “Gündəm- xəbər” qəzetlərində ifşaedici müsahibə verdikdən sonra hələ mart ayında kecmiş müavini baş ədliyyə müşaviri Sərdar Əliyevi üstümə emissar göndərməsini, baş prokurorun adından gələn Sərdar Əliyev Qaralovun adından məni, ailəmi terrorla,həbslə hədələməsi barədə audio yazını və məqalələri də bütün diplomatik korpus nümayəndələrinə  təqdim etdim.Bizim Sərdar Əliyevlə 2 dəfə gürüşümüz və 2 dəfə telefon danışığımız olmuşdu.Sonuncu telefon danışığı mənim tərəfimdən audio-zapis edilərək “Youtube” qoyulub.Mən diplomatik korpus nümayəndələrini bütün audio-vidio ,məqalələri,terrorla dolu hədələri əks etdirən faktları təqdim etdim.Bundan başqa məxvi məlumata görə Ziya Məmmədovun məni çeçenlər vasitəsi ilə qətlə yetirmək planı barədə ,Rusiya kəşfiyyatının vasitəsi ilə terror ediləcəyim versiyası ilə əlaqədər bütün sənədləri,audio-video diskləri təqdim etdim.Bundan başqa dünyanın bir çox dövlət başçısına, bütün beynəlxalq hüquq -müdafiə təşkilatlarına, parlamentarilərinə, o cümlədən ABŞ konqresinə,Dövlət Departamentinə, prezidenti Barak Obamaya ünvanladığım məktubların surətlərini də təqdim etdim.Məktubda mənə qarşı bir neçə nazirin və hökumət üzvünün korrupsiya əməllərini ifşa etdiyimdən sonra onlar tərəfindən özümün və ailəmin terrorla üzləşə biləcək versiyasını(həmçinin qanunsuz həbs edilərək cəzaçəkmə müəssəsində fiziki  məhv edilə biləcəyim də daxil olmaqla )məlumatlar vermişəm.(mənə gələn onlarla terror,həbs hədəsi məktuba əlavə edilmişdi.Həbsdən azad olunandan sonra 2-ci dəfə (sonuncu 30.11-2013 tarixdə) inzibati həbsimin səbəblərinin siyasi tərəfini izah edərək,sübütları və audio zapisləri təqdim etdim.

Görüşün 2-ci hissəsi sırf demokratiya,insan haqları,siyasi və vicdan məhbuslarına həsr edilmişdi.Diplomatik korpus nümayəndələrinə siyasi dustaqlara beynəlxalq dəstəyin zəif olduğunu irad tutaraq onların azad olunması ücün ölkə rəhbərliyinə siyasi təzyiq belə, etmələrini xahiş etdim.Onları siyasi dustaqlarla bağlı beynəlxalq forum keçirilməsinə dəstək olmağa  çağırdım.Cəzacəkmə müəssələrində onlarla(siyasi dustaqlarla) görüş keçirilməsini xahiş etdim.Diplomatik korpus nümayəndələri mənim tutduğum iradların qeydiyyatını apararaq müvafiq tədbir görəcəklərini,həmcinin ölkədə baş verən müəyyən qanunsuzlaqlar barədə həm Azərbaycan ,həm də öz dövlətlərini məlumatlandıracaqlarını qeyd etdilər.Sonda diplomatik korpus nümayəndələri mənim,ailəmin təlükəsizliyinin təmin edilməsi üçün ölkə rəhbərliyinə məlumat verəcəklərini bildirdilər.Onlar Azərbaycanın demokratik ,hüquqi dövlət kimi görmək istəklərini ifadə edərək,öz kəməklərini bu istiqamətdə əsirgəmiyəcəkləri baradə məlumat verdilər.Görüşlərin davamlı olacağı barədə də razılığa gəlindi."

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin