Xarici mətbuatda Azərbaycan-İsrail münasibətləri bağlı növbəti iddia səsləndirilib.
Bizim.Media xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən ərəbdilli “Elaph” qəzeti tərəfindən Azərbaycanda İsrailə məxsus “F-35” qırıclarının olması haqqında informasiya dərc olunub.
Belə ki, mənbədə “İsrailin iki “F-35” təyyarəsinin hər zaman Azərbaycanda olduğunu və İsrailin lazım gəldikdə oraya başqa döyüşçülərini gətirə bilər”, - deyə qeyd edilib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov sözügedən məlumatın doğru olmadığını bildirib:
“Müdafiə Nazirliyi tərəfindən hələlik bu barədə rəsmi açıqlama nəzərdə tutulmayıb. Bu formada müxtəlif məlumatlar yayılır, lakin bunlar təxribat xarakterlidir”.
Qeyd edək ki, sözügedən mənbədə dərc olunan məlumatda rəsmi Tel-Əvivin İrandan Azərbaycana qarşı təhdid yaranacağı təqdirdə “F-35”lərin texniki və havadan dəstəyi həyata keçirə biləcəyi də qeyd olunub.
Murad Əhmədov, Bizim.Media