ABŞ-ın Türkiyə ilə bağlı qorxunc PLANI – Ərdoğanın sözçüsü sirləri açdı – VİDEO  

Hazırda oxunan: ABŞ-ın Türkiyə ilə bağlı qorxunc PLANI – Ərdoğanın sözçüsü sirləri açdı – VİDEO  

40183

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ölkəsinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasından söz açıb. 

Bizim.Media xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın sözcüsü “Haber global” kanalında iştirak etdiyi verilişdə bir çox qaranlıq mətləblərə aydınlıq gətirib. 

Belə ki, İbrahim Kalın Qərbin Türkiyəyə qarşı yeritdiyi ikili standartları və rəsmi Ankaranın nə üçün S-400 HHM-lərini almaq qərarına gəldiyini açıq şəkildə izah edib. 

Jurnalistin “ABŞ hansı səbəbdən dolayı Türkiyəyə Patriot HHM sistemlərini satmadı?” sualına İbrahim Kalın bu cür cavab verib: 

“Ümumiyyətlə, Türkiyənin yerləşdiyi coğrafiyaya nəzər salsaq, 3 tərəfimizin dənizlərlə, cənub sərhədlərmizdə isə döyüşlərin getdiyini görə bilərik. Belə olan halda, Türkiyə ordusunun arsenalında HHM-lərin olmaması qəbuledilməzdir. Bizdə daha əvvəl Patriotlar var idi. Lakin biz onları digər NATO ölkələrindən yalnız müəyyən müddətlik Türkiyəyə gətirə bilirdik. Amma 2015-ci ildə Vaşinqtondan Patriot sistemlərinin bir batareyasının Türkiyənin Suriya ilə sərhəd bölgələrindən çəkiləcəyi ilə bağlı yeni bir xəbər gəldi. Qeyd edim ki, həmin vaxtda Türkiyə üçün cənubdan ciddi təhdidlər mövcud idi. Patriotların çəkilməsinə bəhanə olaraq isə, raketlərə texniki baxışın keçiriləcəyi əsas göstərildi. Yerinə isə hər hansı sistem gətirilmədi. Həmin hadisədən 2-3 ay sonra isə Almaniya oxşar addımı atdı”. 

Baş verənlərin təsadüf olmadığını bildirən Türkiyə Prezidentinin mətbuat katibi sonrakı hadisələrdən də söz açıb: 

“Patriotların çəkilməsindən təqribən 2 ay sonra isə Kobani əməliyyatı başladı. Belə ki, Kobani ərazisinə silah endirildi. Həmin dövrdə yalnız İspaniya Patriotlarının Türkiyədə qalmasına izn verildi və hələ də həmin sistemlər fəaliyyətini davam etdirir. Türkiyə NATO-nun cənub sərhədlərini müdafiə edən və təşkilatın 2-ci ən böyük ordusuna malik olan ölkə kimi biz öz vəsaitilə HHM almaq istəyirdi.  

İbrahim Kalın Türkiyənin S-400-lərin alışı ilə bağlı danışıqlara başlamadan öncəki hadisələri isə bu cür izah edib: 
 

“Həmin dövrdə Rusiyadan S-400-lərin alınması məsələsi müzakirə mövzusu belə deyildi. Bu məsələdə ölkə başçısı Obama ilə dəfələrlə dialoq qurdu və digər NATO ölkələrinə satıldığı qaydada Türkiyənin də Patriotları almaq istədiyini onlara çatdırdı.


Biz, eyni zamanda Avropadan Samp/T sistemlərini almaq üçün də danışıqlara başladıq. Lakin biz uzun danışıqlardan sonra nəticə ala bilmədiyimizi gördük və Ərdoğan Türkiyənin alternativ variantlarının olduğunu da həmin ölkələrə bildirdi. Buna baxmayaraq, onlar bizim “blef” etdiyimizi düşündülər. Həmin vaxtda isə, bizə 4 müxtəlif ölkədən təklif gəldi. Biz isə öz şərtlərimizi irəli sürdük. Ən əsas tələbimiz isə birgə istehsalla bağlı idi. Rusiyadan əlavə 3 istehsalçıdan da təklif var idi. Lakin sonda S-400-lərin alınmasına qərar verildi”. 

- Lakin belə bir məsələdə var ki, Türkiyə bölgədə böyük güc olsa belə, NATO-ya üzv dövlətdir. Belə olan halda, bizim Rusiyadan hər hansı silahı almağımızın NATO üçün böyük təhdid yaradacağını əvvəlcədən düşünə bilməmək xəta deyildimi? 
 

- Xeyr. Çünki NATO-nun doktrinasında üzv ölkələrin 3-cü dövlətlərdən silah ala bilməməsi ilə bağlı hər hansı qadağa qeyd olunmayıb.


Bu sualın cavabını təşkilatın rəhbəri Yens Stoltenberq də dəfələrlə verib: “Bizim ilk seçimimiz müdafiə sənayesi sahəsində əməkdaşlığın müttəfiqlər arasında olmasıdır. Lakin bu baş vermədiyi təqdirdə, hər bir ölkə digər mənbələrdən silah alışına müstəqil şəkildə qərar verə bilər”. Əslində Qərb ölkələri hansı proseslərin bizi S-400-lərin alışına məcbur etdiyini sorğulamalıdırlar. Biz 6 il Patriotları almaq üçün danışıqlar aparsaq da “rədd” cavabı aldıq. Daha sonra isə, Rusiya ilə danışıqlara getdikdə Türkiyə tənqid hədəfinə çevrildi. 

İbrahim Kalının müsahibəsini videodan geniş şəkildə izləyə bilərsiniz: 

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin