Vidadi Mirkamal Milli Şura barəsində nikbindir

Hazırda oxunan: Vidadi Mirkamal Milli Şura barəsində nikbindir

40128

Milli Şuranın üzvü, ədliyyə generalı Vidadi Mirkamal Moderator.az-a bu dəfəki açıqlamasında sessiyadan sonrakı dönəmi, həmkarlarının səsləndirdikləri fikirləri şərh edib və görüləcək işlərin anonsunu verib. Onun fikirlərini təqdim edirik:

“Düşünürəm ki, Milli Şuranın (MŞ) hər hansı partiyanın təsirinə düşmək ehtimalı yoxdur. Koordinasiya Şurasının (KŞ) tərkibinə nəzər salmaq kifayətdir. KŞ-nın tərkibində vətəndaş cəmiyyətinin və ziyalıların çəkisi daha çoxdur. Bu söhbətlərin yaranması ondan irəli gəlirdi ki, MŞ-nın idarəçilik orqanı yox idi və istər mətbuatda, istərsə də sosial şəbəkələrdə gedən müzakirələrdə partiya mənsubiyyəti olan şəxslər üstünlük təşkil edirdi, bu da təbii qarşılanmalıdır, çünki partiya mənsubiyyəti olan şəxslər daha monolitdirlər və öz fəaliyyətlərini daha yaxşı əlaqələndirə bilirlər. Etiraf edilməlidir ki, bu keyfiyyətlər vətəndaş cəmiyyəti üzvlərində və ziyalılarda müşahidə olunmur. Amma düşünürəm ki, KŞ tam fəaliyyətə başlayandan sonra məsələlərin müzakirəsi və qərarların qəbul olunması mexanizmi daha mütəhərrik və çevik olmaqla bu fərqlər aradan qalxacaq və bu da artıq söhbətlərin, yersiz iradların sonu demək olacaq.

MŞ-ya yeni qəbul ediləcək şəxslərə gəlincə isə düşünürəm ki,bu halda da üstünlük vətəndaş cəmiyyəti üzvlərinə,ziyalılara və gənclərə verilməlidir. Belə oldugu təqdirdə MŞ-da hər hansı partiyanın dominantlıgı da aradan qalxar. Bir sözlə, təşkilatı işləri düzgün qurmaq və fəaliyyəti artırmaq zəruridir. Görüləcək çoxlu işlər var. İş çox olan yerdə bəhanələrə və dedi-qodulara da yer qalmaz.”


Elşad Allahverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin