Müharibə zamanı Fərəc Quliyev kimə məktub yazıb? - Hafiz Hacıyev, Sərdar Cəlaloğludan ÖZƏL CAVABLAR

Hazırda oxunan: Müharibə zamanı Fərəc Quliyev kimə məktub yazıb? - Hafiz Hacıyev, Sərdar Cəlaloğludan ÖZƏL CAVABLAR

40095

Azərbaycandakı siyasi partiyaların beynəlxalq əməkdaşlıqları varmı? 

Bizim.Media söz verdiyi kimi mövzunu davam etdirir. Bu dəfə bu sualı ilk olaraq Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə ünvanladıq:
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


“Hələlik əlaqələrimiz yoxdur, amma xarici məsələlər üzrə müavinimi Türkiyəyə göndərmişik. Həmin işlərlə məşğuldur. O cümlədən, Almaniyada da müəyyən danışıqlarımız gedir. Yaxın zamanda bu məsələlər həllini tapacaq”.

Azərbaycan Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu isə beynəlxalq əlaqələrinin olmadığını açıqladı. O ki qaldı bu yöndə gələcək planlara:

“Gələcəkdə deyəndə ki, Türkiyə və Gürcüstan partiyaları ilə əlaqələr yaratmağa çalışmışıq, amma alınmayıb. Qabaqcadan bilirdik ki, nəticəsi az olan bir işdir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev əvvəlcə bildirdi ki, uzun müdət Dünya Azərbaycanlıları Konqresindəki Azərbaycan nümayəndəliyinin rəhbərliyində olduğu üçün xarici ölkələrdə ciddi əlaqaləri yaranıb:

“Başqa partiyalardan fərqli olaraq bizim departament quruluşumuz var. Borçalı departamenti, İrəvan departamenti, Türk Dünyası departamenti və s. Borçalı departamenti vasitəsilə Gürcüstandakı təşkilatlarla əlaqə saxlayırıq, oradakı aborigen xalqımızın fəalları ilə kontaktda oluruq. Türk Dünyası ilə bağlı Avropanın müxtəlif yerlərində olan türk dərnəkləri ilə əlaqə saxlayırıq. Əsasən bunun üzərindən edirik. Amma rəsmi şəkildə hansısa birliklərin tərkibində deyilik. Lakin çox ciddi əlaqələrimiz var. Həmin yerdə yaşayan azərbaycanlı və türkiyəlilərin vasitəsilə yerli hakimiyyətə təsir imkanlarımız, bəyanatlarımızın çatdırılması və s. həyata keçirilir. Azərbaycan dövləti ilə oradakı diasporun ortaq davranışını dəstəkləmək üçün bu vasitədən istifadə edirik”. 

Bəs gələcəkdə beynəlxalq əlaqələri genişləndirmək planınız varmı?

“Bilirsiniz, bunlar daha çox səfərlərə, maliyyəyə bağlıdır. İmkanlarımız daxilində hər şey edirik. Müharibənin gedişatında Avropa İttifaqının bütün üzvlərinə dəfələrlə məktub yazıb göndərdik. Orada olan nümayəndələrimizə müəyyən tədbirlərin keçirilməsi, yazılı müraciətlərin göndərilməsi ilə bağlı iş gördük. Əlimizdən gələn qədər. Maliyyə imkanlarımız imkan verərsə, gələcəkdə daha geniş iş görməyə çalışarıq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin