Zəngəzur və Göyçənin status məsələsi qaldırıla bilər - Tofiq Zülfüqarovdan ŞƏRH

Hazırda oxunan: Zəngəzur və Göyçənin status məsələsi qaldırıla bilər - Tofiq Zülfüqarovdan ŞƏRH

40042

Son vaxtlar ATƏT-in Minsk Qrupu fəallaşıb, yaxud aktivləşmək arzusundadır. Nümunə kimi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin həmsədrlərin vasitəçiliyi ilə ABŞ görüşünü göstərmək olar. Rəsmi Bakı və İrəvanın dialoqunda həmsdrlərin vasitçəliyi bu dəfə özünü doğrulda bilərmi? 

“Birincisi, bizim onlara münasibətimizin məntiqi ondan ibarətdir ki, onlara deyilib ki; “gedin vəziyyətə uyğun olaraq hansısa təklifləri verin ki, Azərbaycan öz maraqlarına uyğun mövzuları həll etməyə imkan tapsın”. Guya ki, onlar da gedib fikirləşirlər. Axırıncı görüşlərdən sonra qərara gəliblər ki, vəziyyəti daha yaxşı öyrənmək üçün regiona səfər edəcəklər”- deyən eks xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, iki məsələ ondan ibarətdir ki, həmsədrlərin bölgəyə səfəri onların irəli sürəcəyi təkliflərdən asılıdır.

Bizim.Media-ya müsahibəsində Tofiq Zülfüqarov bildirdi ki, “Madrid prinsipləri” deyilən məsələ aktuallığını itirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Dünyanın yarısı İrana qarşı Azərbaycanın yanında olacaq, əgər...” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ


Çünki Azərbaycan işğal olunmuş ərazilərini azad edib və Bakı hesab edir ki, status məsələsi olmayacaq:

“Amma gündəmə digər mövzular gəlib. Onlardan biri də sərhəd mövzusudur. Digər mühüm mövzu Zəngəzur koridorudur. Əgər ermənilər status məsələsinin müzakirəsində təkid etsələr, istisna etmirəm ki, Azərbaycan Zəngəzur və Göyçə mahalından olan azərbaycanlıların status məsələsini qaldıra bilər. Hər halda məntiqli olar. Mümkün olan gedişatlar təxminən bundan ibarətdir”.

Azərbaycanın eks xarici işlər naziri qeyd etdi ki, Minsk Qrupunun təsir imkanları bir o qədər də böyük deyil:
 

“30 il ərzində biz gördük ki, həmsədrlər ancaq danışıqlar üçün imkanlar yaradırlar. Hətta dövlət başçıları səviyyəsində bəyanatlar vaxtı ilə Ermənistan tərəfindən icra olunmayıb. Təsir mexanizmləri çox zəifdir.


Buna baxmayaraq, bir mövzu da Minsk Qrupunun fəallaşmasına zəmin yaradıb. O da ondan ibarətdir ki, müharibədən qabaq və savaşdan sonra bölgədə Rusiya-Türkiyə tandemi aktivdir. Təmasları qurmaq, yəni danışıqlar aparmaq üçün ehtiyac yaranıb. Amma bu tandemdə hər iki tərəflə əlaqə saxlamaq (Azərbaycan-Ermənistan) imkanı təkcə Rusiyadadır. Hələki Türkiyənin bu tip iştirakı Ermənistan tərəfindən qəbul olunmur.  

Buna görə bəzən Gürcüstan vasitəçilik yox, xoşməramlı xidmətlər göstərir, bir tərəfdən digərinə hansısa məlumatları ötürürlər. Bəlkə də Rusiyanın bu məsələdə monopoliyasını dəyişmək üçün Azərbaycan deyir ki; “siz də vasitəçiliyi davam edin”. Təxminən vəziyyət belədir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin