"Ankara və Bakı bilir ki, sərhədlər (Ermənistanın sərhədi nəzərdə tutulur) dəyişsə, İran qoşunları dərhal Ermənistan ərazisinə daxil olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikir İranın "Vətənə əmruz" nəşrində yer alıb.
Mənbə daha sonra “və sionist üsyanı ləğv ediləcək” sözlərini əlavə edib.
MÖVZU İLƏ BAĞLI:
“İran Ermənistan silahlı qüvvələrini yanacaqla təmin edib” – Əli Hacızadə - FOTO
Azərbaycanlı politoloq Əli Hacızadə özünün Telegram kanalında bu məlumata belə şərh yazıb:
“Yəni Azərbaycan əraziləri işğal oluna bilərdi, amma erməni torpaqları işğal edilə bilməzdi? Bəlkə İslam İnqilabı Keşikçilər Korpusunun adı dəyişdirilərək Ermənistan Keşikçilər Korpusu adlandırılsın? Belə daha səmimi olardı, elə deyilmi?”.
Bizim.Media