“Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir”
Bizim.Media-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində belə açıqlama verib.
Dövlət başçısı bildirib ki, bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır.
Prezident Qarabağda reallaşdırlan yol infrastrukturu layihələrinə də toxunub:
“İndi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat. Bu, gələcək perspektivlərimizi diktə edəcək.
Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:31 / 01.12.2020
Prezident: “Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur”
Hazırda oxunan: Prezident: “Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur”
Hazırda oxunan: Prezident: “Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur”
3983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.