44 günlük müharibənin 5-ci günündə İran vətəndaşları olan cənubi azərbaycanlılardan Bakının haqq savaşına dəstək aksiyası keçirilib. Səsləndirilən şüarlar isə tükürpədici olub:
““Azərbaycan milləti çəkəmməz bu zilləti”.
Bizim.Media xəbər verir ki, 44 günlük savaşın 5-ci gününün bir ili tamam olur. Daha əvvəlki gündə olduğu kimi ermənilər yenə də texnikalarını qoyub qaçırlar.
MÖVZU İLƏ BAĞLI:
İtkin düşən daha bir hərbçimizin meyiti tapıldı
Başqa mühüm hadisələrə gəlincə...
1. Komendant saatına baxmayaraq xalq eyvanlardan olsa da, orduya dəstək verib. Azərbaycan himni Azərbaycan səmasını səsi ilə bəzəyib. Xarici ölkələrdə yaşayan soydaşlarımız da bu siyasi xətti davam etdiriblər.
2. 2020-ci ilin 1 oktyabrında Ermənistan bütün cəbhə boyu ağır itkilər verib.
3. Ermənilərin arxa cəbhəsi ön xətdə olanlara silah və yanacaq daşımaqdan qorxub.
4. Hadrut və Xocavənddəki düşmən mövqeləri atəşə tutulub.
5. Suqovuşandakı erməni komandiri ağır yaralanıb.
6. Ermənilər Tərtərdəki yaşayış evlərini, Cəbrayılın Cocuq Mərcanlı kəndi, Horadiz, Goranboy, Naftalan və Ağdamı da artilleriya atəşinə tutublar. Dinc sakinlər arasında ölən və yaralananlar olub.
7. Daha sonra düşmənin artilleriya qurğuları məhv edilir. Ermənistandan fərqli olaraq Azərbaycan yalnız hərbi obyektləri hədəfə alır.
8. Ermənilər Gorus ərazisindən Azərbaycanı atəşə tutur. Cəbrayıl və Füzuli istiqamətinə raketlər atılır. Raketlərdən biri İranın Pərvizxanlı kəninə düşür və bir nəfər yaralanır. 6 ev və nəqliyyat vasitələri ziyan görür.
9. Yuxarıda qeyd olunan aksiyadan başqa İranda azərbaycanlıların “Qarabağ bizimdir, bizim olacaq” lozunqlu nümayişləri də baş tutur. Fars rejimindən tələb olunub ki, İrandan Qarabağa gedən yol bağlansın: “Norduz gərək bağlana”.
10. Ermənistan isə döyüş bölgəsində çəkiliş edən jurnalistləri də hədəfə alıb. Türkiyənin “Anadolu” agentliyi, “TRT” kanalının əməkdaşları xain erməni hücumundan xilas ola bilirlər.
11. Prezidentin köməkçisi Hikmət Hacıyev “Al Arabiya” televiziyasına müsahibə verir və torpaqların azad olunmasında heç bir muzdluya ehtiyac olmadığını bildirib. Həmin gün isə Ermənistan ordusunda döyüşən Livan muzdlularının və İrəvanın PKK/YPG ilə birgə çalışdığını isbatlayan görüntülər yayılıb.
12. Bayrağımız “340” yüksəkliyindən asılıb.
Oktyabrın 1-də torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirik.
Bizim.Media