Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq maliyyə mütəxəssisi dindirildi

Hazırda oxunan: Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq maliyyə mütəxəssisi dindirildi

39554

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azər Şamilzadə ifadə verib.

Bildirib ki, 2010-2012-ci illərdə Azərbaycanın Serbiyadakı səfirliyində maliyyə mütəxəssisi vəzifəsində işləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Eldar Həsənov məhkəmədən xərəkdə ÇIXARILDI - FOTO 


O deyib ki, işlədiyi dövrlərdə səfirliyin bütün xərcləri E.Həsənovun göstərişinə əsasən köçürmə ilə aparılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin