Vidadi Mirkamal: “Allah xatirinə onları rahat buraxın, qoyun öz yollarıyla getsinlər”

Hazırda oxunan: Vidadi Mirkamal: “Allah xatirinə onları rahat buraxın, qoyun öz yollarıyla getsinlər”

39529

Müsavatın Milli Şuranı ərk etməsi gündəmi əməlli-başlı məşğul edib. Milli Şuranın üzvü Vidadi Mirkamalsa Moderator.az-a açıqlamasında məsələyə təmkinlə yanaşılmasının tərəfdarı olduğunu  və yola davam emək lazım gəldiyini bildirir:

“Məncə MŞ-da nə olmalı idisə o da oldu. Müsavatın  bu birlikdən çıxmasını faciə kimi qarşılamaq lazım deyil. Azərbaycanda az- çox siyasətlə məşgul olan hər bir kəsə aydındır ki, gələcək mübarizə formulu bütün demokratik qüvvələrin monolitliyindən və birliyindən keçir, kim bu birlikdə yoxdursa,  Allah xatirinə onları rahat buraxın. qoyun öz yolları ilə getsinlər. Əgər niyyət xoşdursa yollarımız haradasa qovuşacaq, əgər qovuşmayacaqsa, deməli, bu da onların seçdiyi yoldur. İndi isə demokratik qüvvələrin bu yeganə birliyini qorumaq, onu təmizləmək, yeni qüvvələr cəlb edib yola davam etmək lazımdır, ruhdan qətiyyən düşmək olmaz. Qarşıda duran əsas vəzifə yaxın və uzaq hədəflərin müəyyən edilməsi, seçkili idarəçilik orqanların formalaşdırılması, birliyə yeni qüvvələrin cəlb edilməsi, qarşılıqlı ittihamlara son qoyub yola davam etməkdir. Mübarizə, iş, real fəaliyyət olan yerdə dedi-qodulara da vaxt qalmayacaq.”

Vidadi Mirkamaldan son günlər Rüstəm İbrahimbəyovun yenidən Milli Şuraya qaytarılmasıyla bağlı fikirlərin intensizvləşməsinə də münasibət bildirməsini xahiş edik:

“Düşünürəm ki, R.İbrahimbəyovun fəxri sədrlikdə saxlanması bir əxlaq və mənəviyyat məsələsidir” cavabını verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin