İlham Əliyev Çin liderini TƏBRİK ETDİ

Hazırda oxunan: İlham Əliyev Çin liderini TƏBRİK ETDİ

0:00
0:00
39509

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Sədr, 

Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. 

Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. COVID-19 pandemiyası dövründə ölkələrimizin qarşılıqlı etimad və həmrəylik nümayiş etdirərək bir-birini dəstəkləməsi möhkəm dostluq münasibətlərimizin bariz nümunəsidir. 

Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.  

Əminəm ki, həm “Kəmər və yol” layihəsi çərçivəsində atdığımız addımlar, həm də ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı etimad və dəstəyə əsaslanan faydalı əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin