Mustafa Şentop: “Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq"

Hazırda oxunan: Mustafa Şentop: “Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq"

39181

“Dünən, sentyabrın 27-də işğal altında olan Qarabağı azadlığına qovuşduran şanlı Vətən müharibəsinin ildönümü idi. Şəhidlərin Anım Günündə bütün Azərbaycan xalqını təbrik edirəm və şəhidlərimizi rəhmətlə anıram”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstanın Türküstan şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında çıxışı zamanı deyib.

“Qarabağ Azərbaycandır! Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. İşğalın başa çatmasından sonra regionda sabitliyin bərqərar olması üçün hər cür dəstəyi veririk. Gələcəkdə də dəstək verməyə davam edəcəyik”, - M. Şentop vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin