“İlham Əliyev ermənilərə də yaxşı gələcək üçün yollar göstərdi” - Tofiq Zülfüqarovdan ŞƏRH

Hazırda oxunan: “İlham Əliyev ermənilərə də yaxşı gələcək üçün yollar göstərdi” - Tofiq Zülfüqarovdan ŞƏRH

39162

“Azərbaycan Prezidentinin müraciətini bir çox məsələlərə aydınlıq gətirən sənəd kimi qəbul etmək lazımdır. Baş vermiş hadisələrə həm siyasi qiymət verilir, həm də görüləcək işlər barədə geniş məlumat var.

Xalqa müraciət, ondan sonra Anadolu Agentliyinə verilən geniş müsahibəni diqqətlə dinləmək siyasətçilərə vacibdir” deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov fikrini onunla əsaslandırdı ki, Prezidentin açıqladığı nüanslar əsasında aydın bir mənzərə yaranır.

Bizim.Media ilə özəl dialoq zamanı politoloq bildirdi ki, Prezident İlham Əliyev müxtəlif mövzulara toxunub. Ona görə də hər bir mövzu ətrafında geniş danışmaq olar:

“Amma əsas vacib olan məsələlərdən biri bəlkə də bizim xarici siyasətə aiddir. O cümlədən, uzun müddət vasitəçilik edən Minsk Qrupu haqqında fikirlər vacibdir. Daha sonra Prezidentin sülhməramlılarla bağlı fikriləri də əhəmiyyətli mövzudur. Çünki ictimaiyyətdə sülhməramlılara aid narahatçılıq var. Missiyanın Qarabağda hansı işlərlə məşğul olması da çox suallar doğurur”. 
 

MÖVZU İLƏ BAĞLI:

“Dünyanın yarısı İrana qarşı Azərbaycanın yanında olacaq, əgər...” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ


Prezidentin müraciət və müsahibəsində diqqətinizi ən çox nə çəkdi?

“Mənim üçün ən vacibi gələcəyə baxışdır. Yəni, Ermənistanla bağlı hansı gözləntilər var? Tənqid hissəsi öz yerində, amma yenə də gördüm ki, əgər ermənilər sülh və qonşularla normal münasibəti seçsələr, hansı üstünlüklərə nail ola bilərlər. “3+3” platforması ilə əlaqədar da fikirlər səsləndi. İlham Əliyev ermənilərə də yaxşı gələcək üçün yollar göstərdi. Bu baxımdan hesab edirəm ki, ən vacib hissələr bunlardır”. 

Tofiq Zülfüqarov onu da diqqətə çatdırdı ki, Prezidentin müraciət və müsahibələrindəki mövzular əvvəlkilərdən seçilir. Çünki əvvəllər daha çox Ermənistan və Qarabağ məsələləri müzakirə olunurdu. İndi isə mövzular fərqlidir:

“Qonşu Ermənistanla əlaqələr bir hissədə, başqa bir hissədə isə ermənilərin gələcəyi barədə fikirlər yer aldı. Qarabada yaşayan ermənilərin bərpa işində iştirakı haqqında deyilənlər vacib bir mesaj idi. Ermənistanın bəzi yerli siyasətçiləri separatçıları Azərbaycana qarşı “mübarizə”ni davam etməyə cəlb etməyə çalışırlar. Bu tərəfdən də səslənən mesaj çox praktik bir əhəmiyyət kəsb edir ki; “gəlin iştirak edin, normal işlə məşğul olun. Yəni, bu yolu seçsəniz, sizin gələcəyiniz Azərbaycanın içində ola bilər. Bu çox vacib məsələdir. 
 

İranla bağlı səslənən fikirlər də önəmlidir. Niyə bu məsələ geniş izah və şərh olunub? Baxın görün Xudafərin körpüsü azad olunandan sonra və Azərbaycan Prezidenti ora ilk dəfə səfər edərkən dedi ki, “indidən sonra bu, dostluq və əməkdaşlıq sərhədi olacaq”.


İran tərəfinə bir mesaj idi ki, bəs indi təzə bir şərait yaranır və Azərbaycan bunu dostluq və əməkdaşlıq çərçivəsində görür. İranda daxili siyasi proseslər çox gərgindir. Təəssüflər olsun ki, belə bir həssas dövrdə təzə hakimiyyəti istəməyən qüvvələr və bir çox nüfuzlu insanlar təxribat yolunu seçib.

Nə üçün? Bu maşınlar mövzusu (Gorus-Qafan), hərbi təlimlər (Araz çayı sahilində, sərhəddə) məsələsində sanki Azərbaycan mövzusu iki səviyyədə təxribat obyekti olub. Nəyi nəzərdə tuturam? Azərbaycan dövlətinə qarşı atılan addımlar İranın daxili siyasətində də aiddir. Çünki İranda 40 milyona yaxın azərbaycanlı yaşayır”. 

Eks xarici işlər nazirin fikrincə, sadəcə olaraq İranda hakimiyyətə yeni gələn qüvvələr və onlara müxalif-düşmən mövqedə olanlar elə bil ki, mövcud situasiyanı gərginləşdirmək istəyirlər:

“Cənab Prezidentin çıxışında gördüm ki, bu mövzu çox vacibdir və bəlkə də Azərbaycan-İran əlaqələrində mühüm bir məsələ ola bilər. Yenə də deyirəm ki, bu, əsasən İranın daxilində baş verənlərə aid mövzudur”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin