Prezidentdən Türkiyə-Ermənistan münasibətləri ilə bağlı AÇIQLAMA – “Sözün düzü…”

Hazırda oxunan: Prezidentdən Türkiyə-Ermənistan münasibətləri ilə bağlı AÇIQLAMA – “Sözün düzü…”

39109

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə müsahibəsinin tam mətni yayımlanıb. 

Bizim.Media xəbər verir ki, Dövlət başçısı jurnalistin “Zaman-zaman Ermənistan silahlı qüvvələri və siyasətçilər tərəfindən müxtəlif fikirlər, bəyanatlar səsləndirilir.

Müdafiə Nazirliyi belə açıqlamalar verərkən, baş nazir Paşinyan Türkiyə ilə görüşmək istədiyinə dair ifadələr səsləndirir. Belə cümlələri var.

Ötən həftələrdə bunu bir neçə dəfə təkrarladı. Paşinyanın bu sözlərini Siz necə dəyərləndirirsiniz?” sualına cavabında qarşı tərəfin daha əvvəl çox sayda qeyri-ciddi bəyanatlar verildiyini xatırladıb.  
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Qarabağ erməniləri xahiş ediblər ki, onları Şuşada işlə təmin edək”


Dövlət başçısı bildirib ki, indi belə misalları saatlarla gətirmək olar: 

“Müharibədən öncə və müharibə zamanı Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, o qədər yanlış və yalan bəyanatlar olmuşdur ki, onların sayı-hesabı yoxdur. Biz şəhərləri, kəndləri azad edərkən onlar bildirirdilər ki, guya bizim şəhərlərimizi yenidən işğal edirlər. Artıq Azərbaycanın azad edilmiş şəhərlərində bayraqlar qaldırılarkən onlar bunu inkar edirdilər.  

Yəni, “ağa qara, qaraya ağ demək” onların xislətidir. Ona görə onlar hər hansı bir açıqlama verəndə, sözün düzü, biz bunu ciddiyə almırıq. Bunu analiz etmək, dəqiqləşdirmək lazımdır.

Çünki bu açıqlamalar bir yalanın, gerçəkləşməyən arzuların, xülyaların və təxribatların sintezidir. Bugünkü Ermənistan, bax, budur. Biz deyəndə ki, bu, uğursuz dövlətdir, - yəni, bunun beynəlxalq adı da var - “Failed state”, - bunu nəzərdə tuturuq. Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Biz isə bunu görmürük”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin