İlham Əliyev rus sülhməramlılarının fəaliyyətini DƏYƏRLƏNDİRDİ – “Ədalətli olmaq məcburiyyətindəyik” 

Hazırda oxunan: İlham Əliyev rus sülhməramlılarının fəaliyyətini DƏYƏRLƏNDİRDİ – “Ədalətli olmaq məcburiyyətindəyik” 

38934

“Təbii ki, bu hallarla bağlı Rusiyaya şikayətlərimizi bildiririk. Haqlı şikayətlərimizi bildiririk. Lakin o təxribat qrupunun oraya girməsi rus sülhməramlılar orada yerləşməzdən öncə olub. Çünki noyabrın 10-da müharibə başa çatdı. Bundan sonra təxminən 2 min əsgərdən ibarət rus sülhməramlılarının orada məskunlaşması üçün zaman lazım gəlirdi. Orada çoxlu boşluqlar var idi. Burada ədalətli olmaq məcburiyyətindəyik. Onlar hələ o əraziyə tam nəzarət etməmişdilər. Ermənilər bundan istifadə edərək azad edilmiş torpaqlarımıza soxuldular”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anadlou Agentliyinə müsahibəsində jurnalistin “Laçın dəhlizinə nəzarəti həmin bölgədə xidmət edən müvəqqəti rus əsgərləri təmin edir.Təxribat qruplarının fəaliyyəti ilə bağlı şikayətlərinizi Moskvaya çatdıranda nə cür cavab alırsınız və sizə verilən cavablar bölgəyə təsir edirmi?” sualına cavabında bildirib. 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Şəhidlərimizi qəlbimizdə əbədi saxlayacağıq”


Dövlət başçısı sülhməramlıların fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib: 

“Amma ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirə bilərəm. Təbii ki, bizi qane etməyən məsələlər var, şikayətlərimiz də var. İlk növbədə, xarici vətəndaşların bizim torpaqlarımıza qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim torpağımızdır. Bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə girə bilməz. Bizdən icazə alınmalıdır. Ancaq dəqiq deyə bilərəm ki, yüz faiz səviyyəsində bu, hələ həll olunmayıb.

Ancaq deyim ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlişi çox az saydadır. Bunu da qeyd etməliyik.
 

Siyasətimizin və israrımızın nəticəsində bu proses artıq başa çatmaq üzrədir.


Ancaq təbii ki, suverenliyimizə və ərazi bütövlüyümüzə tam hörmət edilməsini istərdik. Onsuz da Rusiyanın yüksək vəzifəli şəxsləri Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edirlər. Bu halda orada xidmət edən əsgərlər də bu açıqlamalara uyğun olaraq fəaliyyətlərini həyata keçirməlidirlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin