İsrailin Azərbaycandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail səfirliyinin “Twitter” hesabında məlumat verilib.
“Bu gün, Anım günündə səfir Corc Dik və səfirliyin əməkdaşları Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq müharibə şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Biz regionda sülh üçün dua edir və həlak olanların ailələrinə baş sağlığı veririk”, - paylaşımda yazılıb.
Bizim.Media
Today on Memorial Day, Amb @georgedeek and the Embassy staff stood for a minute of silence in solidarity with the people of Azerbaijan, respecting the memory of the victims of the war. We pray for peace for the region, and convey our sympathies to the families of the victims ???? pic.twitter.com/xDivMBFJjt
— Israel in Azerbaijan (@IsraelinAZ) September 27, 2021