Ərdəbilin cümə imamı bildirib ki, SEPAH-ın Azərbaycanla sərhəddə keçirilən təlimləri Mehriban qonşuluq və dostluq mesajı verir.
Bizim.Media xəbər verir ki, bu barədə xarici teleqram kanalları informasiya yayıb.
MÖVZU İLƏ BAĞLI:
İran Azərbaycan sərhədinə qoşun yeritdi – VİDEO
“Azərbaycan dövlətindən gözləntimiz budur ki, qonşuluq hüququna hörmətlə yanaşaraq, xarici qüvvələrin bölgəyə ayaq açmasına imkan verməsin.”
Dini rəhbərin Ərdəbil şəhərindəki nümayənsədi əlavə edib ki, SEPAH-ın quru qoşunlarının bölgədə hərbi təlim keçirməsi İranın hərbi qüdrətinin bir hissəsidir.
Qonşu dövlət, tək çarəni Azərbaycanın İrana məxsus yük maşınlarının qanunsuz olaraq Qarabağa naməlum yüklər daşımasının qarşısını almasına qəzəblənən və eləcə də Azərbaycan Türkiyə və Pakistanın birgə hərbi təlimlərindən çaşğınlıq keçirən SEPAH-ın köhnə sovet silahları ilə Azərbaycanla sərhəddə, Arazın kənarında hərbi təlim keçirməsində görüb.
Bizim.Media