Ceyhun Bayramov İranın Xarici İşlər nazirinə başsağlığı verib

Hazırda oxunan: Ceyhun Bayramov İranın Xarici İşlər nazirinə başsağlığı verib

3858

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Bizim.Media Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib.

Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.

Nazirlər bu həftə ərzində videokonfrans formatında keçirilmiş müzakirəkərə əlavə olaraq, ikitərəfli iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Məsələlərin ətraflı şəkildə aidiyyəti qurumlar tərəfindən müzakirə edilməsinin vacibliyi qeyd olunub.

XİN başçıları həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin