M. Şevçenko ermənipərəst Tina Kandelakeni susdurdu - VİDEO

Hazırda oxunan: M. Şevçenko ermənipərəst Tina Kandelakeni susdurdu - VİDEO

3850

Rusiyalı siyasətçi, jurnalist və ictimai xadim Maksim Şevçenko rusiyalı teleaparıcı, ermənipərəst jurnalist kimi tanınan Tina Kandelakiyə müsahibə verib.

Bizim.Media xəbər verir ki, müsahibə boyu o, özünün ermənilərə haqq qazandırmasına baxmayaraq, Şevçenkonu bitərəf mövqe göstərməkdə günahlandırıb. Rusiyalı siyasətçi isə ona Qarabağ konfliktində bitərəf yox, ədalətli tərəfdə olduğunu bildirib.

“Qarabağ dünyada Azərbaycan torpağı kimi tanınır. Ermənilər isə bu torpaqları işğal edib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Sovet hakimiyyəti dağılan zaman Qarabağda 25 faiz azərbaycanlılar yaşayıb. Onlara heç kim orada yaşamağı qadağan etmirdi.

Lakin ermənilər 1992-ci ildən etnik təmizləmə apararaq, oradan təxminən 700.000 insanı qovublar. Haqq Azərbaycandır”,- deyə o, bildirib.

Daha sonra ermənipərəst jurnalist Şevçenkodan Türkiyə prezidenti Ərdoğanın Azərbaycana kömək etməsinin səbəblərini soruşub. Politoloq isə cavabında Türkiyənin Azərbaycana qardaş dövlət olduğunu və hərbi əməliyyatlarda yalnız mənəvi dəstək göstərdiyini vurğulayıb. Bununla da Kandelakinin ürəyi soyumayıb və PUA-ların Azərbaycan orsuna məhz Türkiyə tərəfindən verildiyini deyib. Siyasətçinin cavabı isə çox gecikməyib.

“Tina, Azərbaycan o silahları pulu ilə alıb. Azərbaycanı silahla təkcə Türkiyə deyil, həm də İsrail hökuməti təmin edib. Bir də təkrarlayıram, bu biznesdir”,- deyə o, Kandelakini susdurub.

Hər yerdən əli üzülən Kandelaki guya Azərbaycan əsgərlərinin erməni qəbirlərini darmadağın etdiklərini bildirib. Şevçenko isə ermənilərin bütün Qarabağ torpaqlarını xarabaya çevirməsini, məscidlərin isə tövlə əvəzi işlədilməsini vurğulayıb.

“Ermənilər Ağdamı, Füzulini və digər rayonları xarabaya çevirib, bütün dini abidələri təhqir edərək, yerlə-yeksan ediblər. Bütün qəbirlər gülləbaran edilib. Niyə axı, heç kəs bu barədə danışmaq istəmir? İndi sənin dediyin fakta gələk, əgər həqiqətən də belə bir məsələ varsa, inanıram ki, Azərbaycan hakimiyyəti o əsgərləri hərbi cinayətə görə, mühakimə edəcək. Ancaq erməni tərfinin bunu edəcəyinə şübhə edirəm”,- deyə, Şevçenko növbəti dəfə ermənipərəst aparıcını susdurub.

Vüsalə Balayeva, Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin