İranın Ərdəbil əyalətinin Germi rayonundan olan iranlı millət vəkili Vəli Esmaili Azərbaycanı təhdid edib.
Bizim.Media xəbər verir ki, deputat bu barədə “Twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Ərdəbil imamı Azərbaycanı hədələdi – VİDEO
"Keçən il inqilabın Ali Lideri bölgədəki geopolitikada hər hansı bir dəyişiklik İranın reaksiyası ilə qiymətləndiriləcək demişdi. Müqavimət oxunu birləşdirən və gücləndirən İslami İran, strateji dərinliyini sərhədlərindən minlərlə kilometr aralıda təyin edib. Kiçik qonşu Azərbaycan, pis və cazibədar sionist plandan çəkinin!" – deyə, iranlı deputat bildirib.
Bizim.Media