Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsindən məlumat verilib.
Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Baş katib Azərbaycanın keçmiş münaqişə ilə bağlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.
Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə 2021-2025-ci illər üzrə Fəaliyyət Planının işlənib hazırlanması, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:08 / 23.09.2021
XİN rəhbəri Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşdü - FOTO
Hazırda oxunan: XİN rəhbəri Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşdü - FOTO
Hazırda oxunan: XİN rəhbəri Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşdü - FOTO
38435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.