Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "ilhaq edilən" Krımla bağlı açıqlaması onun neo-osman istəklərini göstərib.
Bizim.Media xəbər verir ki, bunu Yunanıstan Müdafiə nazirinin keçmiş birinci müavini, Xalq Birliyi Partiyasının (Laiki Enotita) üzvü, "Krımın Dostları" beynəlxalq birliyinin sədr müavini Kostas İsixos RİA Novosti -yə açıqlamasında deyib.
Daha əvvəl BMT Baş Assambleyasında çıxış edən Ərdoğan "ilhaq edilmiş" Krım ərazisi də daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışmışdı. O, Krım tatarlarının hüquqlarının qorunması üçün daha çox səy göstərməyin zəruriliyini qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə Yunanıstana NOTA VERDİ
İsixos Ərdoğanın BMT-dəki çıxışına istinad edərək, çıxışında bir çox ziddiyyətlərin olduğunu və onun Osmanlı xəyalını gizlətməsinin çətin olduğunu vurğulayıb.
Yunanıstanlı siyasətçi deyib ki, Ərdoğanın Yunanıstanla bağlı məsələlərin ikitərəfli əsasda həll edilməli olduğunu söylədiyi fikirləri səslənən ziddiyyətlərdən biridir.
Onun fikrincə, bu, beynəlxalq hüququ aşmaq istəyidir, həmçinin Ərdoğan Şimali Kipr başçısına Baş Assambleyada çıxış etməsi üçün lobbiçilik edib. Dünyanın heç bir dövləti Kiprin Türk hissəsini tanımayıb.
İsixos Ərdoğanın Krımla bağlı açıqlamasını "neo-asman istəkləri" kimi xarakterizə edib və bildirib ki, bu, Zelenskinin təcavüzkar ritorikası ilə üst-üstə düşür.
O, hesab edir ki, Ankara NATO göyərtəsində "İslam kartı"dır:
"Türkiyə daim göstərir ki, NATO-nun İslam kartıdır. Söhbət Ermənistanla Azərbaycan arasındakı son hərbi toqquşmadan gedir”.
Onun fikrincə, Türkiyə Ukrayna prezidenti Vladimir Zelenskinin siyasətindən öz maraqları naminə istifadə etməyə çalışır.
"Ərdoğan Krımdakı “qardaşlarını” oyatmağa çalışacaq, çünki Ərdoğan oradakı tatarların “Rusiya işğalı altında” olduğuna inanır”, deyə siyasətçi bildirib.
Bizim.Media