Beynəlxalq Bank İnvestisiya Holdinqinin idarəetməsinə verildi – FƏRMAN 

Hazırda oxunan: Beynəlxalq Bank İnvestisiya Holdinqinin idarəetməsinə verildi – FƏRMAN 

38190

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli və “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, bundan başqa, dövlət başçısı "Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Muxtar Babayevə daha bir vəzifə verdi - SƏRƏNCAM


Bu sənədlərə əsasən, ABB, "Azər-Türk Bank" və "Azərsığorta" holdinqin idarəetməsinə verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin