İranı narahat edən nədir? - Arif Hacılıdan ÖZƏL

Hazırda oxunan: İranı narahat edən nədir? - Arif Hacılıdan ÖZƏL

38171

Son günlər Azərbaycan gündəminin əsasını İranın səsləndirdiyi qıcıq dolu bəyanatlar təşkil edir. Tehrandan Azərbaycana ünvanlanan mesajlar şantaj və təhdid doludur. Bu səbəbdən, Azərbaycanın müxtəlif partiya sədrləri, ictimai-siyasi xadimlər İranın davranışlarına cavab veriblər.

İran rəsmilərinin və mollalarının qonşuluğa uyğun olmayan bəyanatlarına ilk cavab YAP-çı siyasətçilərdən gəlib. Amma İrana etiraz edənlər arasında Ağ Partiya sədri Tural Abbaslı, Xalq Partiyasının lideri Pənah Hüseyn, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının rəhbəri İqbal Ağazadə, VİP sədri Əli Əliyev də var. 

Lakin REAL partiyasının sədri İlqar Məmmədovun İrana qarşı hər hansısa çıxışına rast gəlmədik.

Eks Müsavat başqanı İsa Qəmbərlə əlaqə saxladıq və İranın son günlərki davranışları ilə bağlı açıqlama almaq istədikdə isə onun Bizim.Media-ya cavabı belə oldu:
 

“Bu, geniş müzakirə olunası mövzudur. Belə ayqaqüstü cavab vermək istəmirəm”. 


Hazırkı Müsavat rəhbəri Arif Hacılının da “Facebook” profilində 22 sentyabradək İranın molla rejiminin apardığı aqressiv siyasətlə bağlı paylaşım görməyincə, özü ilə əlaqə saxladıq.

İranın təxribatçı addımların ilk olaraq Bizim.Media-da münasibət bildirən Arif Hacılı qeyd etdi ki, təəssüf ki, İran uzun illərdir Azərbaycana qarşı dost münasibəti sərgiləmir.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Mühafizə Korpusu Azərbaycanı təhdid etdi - FOTO


Bu elə Qarabağ probleminə, orada olan Ermənistanın işğalçı siyasətinə münasibətdə də özünü göstərir.

Müsavat sədrinin fikrincə, İran hər zaman Ermənistana həm iqtisadi, həm də siyasi-mənəvi dəstək verir:

“Bu cür davranışlar indi də davam edir. Azərbaycanın öz ərazilərinin böyük bir hissəsini azad etməsi, eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan münasibətlərinin yaxşılaşması, Azərbaycan-Türkiyə hərbi qüvvələrinin Azərbaycanda, yuxarı Qarabağ ərazisində, Türkiyədə keçirdiyi birgə hərbi təlimlər, Azərbaycan-Türkiyə-Pakistan birgə “Üç Qardaş” hərbi təlimləri İranı narahat edir. Və burada tamamilə oyundan kənar vəziyyətdə qalması İran hakimiyyətini, İranda olan rejimin Azərbaycana qarşı aqressiv mövqeyini açıq şəkildə ifadə etməyə vadar edir. 
 

Azərbaycan bu məsələlərlə bağlı öz etirazını bildirməli, eyni zamanda Türkiyə ilə, NATO və Avropa İttifaqı ilə əməkdaşlığını daha da möhkəmləndirmək istiqamətində addımlar atmalıdır. Yalnız bu yolla Azərbaycan İranın Azərbaycana qarşı olan təhdidlərindən xilas ola bilər”.


Sonda qeyd edək ki, dövlətçilik məsələsində partiyalararası sonuncu həmrəylik 44 günlük savaş dövründə qeydə alınıb.

Bəzi ekspertlərin fikrincə, bəzilərinin İran siyasətinə susması əslində mühüm kartları açır. Çünki bununla Azərbaycan vətəndaşları iranpərəstləri tanımış olur. 

Digər versiyaya görə, İrana və ABŞ-ın Ermənistandakı səfirinin sərsəm bəyanatlarına susan Azərbaycan müxalifətininin bu kəsimini elə Ağ Ev maliyyələşdirir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin