“Azərbaycan artıq şirin quyruğunu kəsib” – Cümşüd Nuriyevdən İranla bağlı ŞOK FAKTLAR

Hazırda oxunan: “Azərbaycan artıq şirin quyruğunu kəsib” – Cümşüd Nuriyevdən İranla bağlı ŞOK FAKTLAR

38024

“İran Azərbaycana qarşı əzələ nümayiş etdirir. Bu, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçında, eyni zamanda Xəzər dənizində keçirilmiş birgə hərbi təlimlərinə, habelə, dünən başa çatmış “Üç Qardaş-2021” birgə təlimlərinin keçirilməsinə etiraz əlaməti olaraq ömür boyu Araz boyunda hər hansı təlim keçməyən İran ordusu birdən-birə orada təlimlər keçdi.

Nəzərə alaq ki, orada “SEPAH” da (İslam İnqilabl Keşikçiləri Korpusu) iştirak edir. Yəni, bu, bir növ İranın vuran əlidir.

Rəsmən elan etməyiblər, amma onların xüsusi təyinatlıları Əl-Qüdsi deyilən bir təşkilat var. O da İranda ən bərkgedən xüsusi təyinatlılardır. Onların bu təlıimlərdə iştirak etməsini yazan da, inkar edənlər də mövcuddur” deyən politoloq Cümşüd Nuriyev qeyd etdi ki, İran bütün hərbi gücü ilə Aslandüzdən başlayaraq Naxçıvan sərhədinə qədər özünü Azərbaycana göstərir.

Bizim.Media ilə dialoq zamanı politoloq Ərdəbil ayətullahının çıxışlarına da toxundu.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdəbil imamı Azərbaycanı hədələdi – VİDEO


Əsas məsələ isə şirin quyruğudur:

“Ərdəbil ayətullahı deyir ki, şirin quyruğuna dəyməsinlər. Bunlar özlərini şir hesab edir. Ermənistan isə bu şirin quyruğudur. Azərbaycan artıq şirin quyruğunu kəsib. Ona görə də İran Ermənistana görə özünü quyruğu kəsilmiş şir statusunda görür. Bu, İranın daxili işidir”.

Azərbaycan və Türkiyənin indi də Naxçıvanda birgə təlimlərə başlaması İranın bu “şir quyruğu” məsələsinə cavabdırmı?
 

“Birmənalı şəkildə... İran hədələyəndən sonra bu təlimlər Azərbaycanda gündəmə gəldi. Əvvəlcə Türkiyə PUA-ları İran-Türkiyə sərhədində uçuşa başladı. Çünki İran təlimləri ilə Azərbaycan sərhədinin 100 metrliyinə qədər gəlib.


Halbuki, neytral zona deyilən bir şey var. Ən azından güllə məsafəsinə qədər gəlməməlidir. İran beynəlxalq hərbi təlim qaydalarını da pozandan sonra Azərbaycanla Türkiyə bu addımı atmalıydı və atdı. İndi İran özü bilər. O yaralı quyruğunu qoruyar-qorumaz öz işidir. Amma onun məlhəmi Azərbaycandadır. İran tamam quyruqsuz da qala bilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin