“Ağdam və Füzulidə gördüklərim heç bir təsvirə sığmır” – İqor Korotçenko

Hazırda oxunan: “Ağdam və Füzulidə gördüklərim heç bir təsvirə sığmır” – İqor Korotçenko

0:00
0:00
37998

"Almanlardan sonra binaların skeleti və hardasa tam bina qalırdısa, Ermənistandan sonra hər şey dağıdılmışdı. Bunu beynəlxalq müşahidəçilər, çoxsaylı xarici nümayəndələr qeyd edib. Mən şəxsən Füzuli və Ağdamı, Füzuli və Ağdam rayonlarını gəzdim. Orada gördüklərim hər hansı bir təsvirə sığmır, mənzərə atom bombasından sonrakı kimidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Vestnik Kavkaza” nəşrinə açıqlamasında  rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Bakının bütün bunları nəzərə alaraq Qarabağın dağıdılması, bir milyon insanın evlərindən qovulması və mina sahələrinin xəritələrinin verilməməsi ilə bağlı Ermənistana qarşı iddia qaldırmaq hüququ var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin