Müstəqilliyinin 30 illiyini qeyd edən Ermənistanın müstəqil nəyi var? - SİYAHI 

Hazırda oxunan: Müstəqilliyinin 30 illiyini qeyd edən Ermənistanın müstəqil nəyi var? - SİYAHI 

37933

“Ermənistanda nə varsa, hamısı Rusiyaya aiddir. Bütün bunlar Koçaryanın hakimiyyət illərindən başladı. “Mülk borcların əvəzinə” proqramı var idi. Moskvaya borcları bağlamaq üçün İrəvan bütün strateji obyektlərə nəzarəti Rusiyaya verdi. İrandan Ermənistana gələn qaz xətti də bura daxildir. Qarabağ avantürasına görə Ermənistan hər şeyini itirdi. Ölkə xarici idarəçilik altındadır”.

Bizim.Media xəbər verir ki, bu sözlər erməni hüquq müdafiəçisi Qeorqi Vanyana aiddir. Onun fikrincə, bu gün müstəqilliyini qeyd edən Ermənistan heç də müstəqil deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycana şərt qoydu: “Qarabağın statusu” həll edilməyincə... - VİDEO


Əksər ekspertlər düşünür ki, Ermənistan Qərblə Rusiyanın mübarizə müydançasıdır. Çünki ölkə Rusiyanın nəzarətindədir, amma ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır. 2 minə qədər amerikalı diplomat Paşinyan ölkəsində çalışır. İranın da İrəvana sonsuz marağını nəzərə alsaq, demək olar ki, yaxında monoetnik Ermənistanda heç erməni qalmayacaq. Belə ki, rus, fars və amerikanlarla yanaşı fransızlar da İrəvana eniş etməyə tələsir. 

Daha faktoloji baxış bucağında isə Ermənistan Rusiyanın quberniyası, siyasi cəhətdən isə forpostudur:

1. Ermənistanın təhlükəsizlik təminmatçısı Rusiyadır. 

2. Rusiyanın Gümrüdə hərbi bazası var.

3. Ermənistanın KTMT-yə üzvdür.

4. Ermənistanın sərhəd mühafizəsini Rusiya FTB-nin sərhəd xidməti həyata keçirir.

5. Ermənistan təbii qazı ancaq “Qazprom” vasitəsilə əldə edir.

6. Ermənistanın elektrik enerjisi Rusiya şirkətinin (РАО «ЕЭС России») əlindədir.

7. Ermənistanın dəmiryol xətləri də Rusiyanın idarəçiliyindədir.

8. Atom stansiyasını (Metsamor) da Rusiya kontrol edir.

9. Sığorta bazarının yarısı Rusiyaya aiddir.

10. Ermənistanın bütün dövlət rabitəsi (Ростелеком) Rusiyaya verilib.

11. Neft sahəsində də Ermənistan monopolisti Rusiyadır (Роснефть).
 

Bundan başqa əksər social layihələr və tikinti işləri də müxtəlif erməni fondlarının yardımı və Beynəlxalq təsisatların dəstəyi ilə həyata keçirilir. Əhalisinin də 50 faizdən çoxu Rusiyada, Türkiyədə, İranda qastarbayterdir.


Sual yaranır ki, bu gün dövlət müstəqilliyinin 30 illiyini qeyd edən Ermənistanin harası müstəqildir? 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin