"İşğaldan azad olunmuş ərazilərə baş tutan səfərlər və aparılan monitorinqlər zamanı 100 km-lərlə məsafə qət etməyimizə baxmayaraq, əfsus ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb. Ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq".
Bizim.Media xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumi sahəsi 43 min hektar olan 6 xüsusi mühafizə olunan təbiət ərazisində 6 800 hektar meşə örtüyü tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub:
"Bir faktı da qeyd edək ki, Zəngilan rayonu ərazisində Şərq çinarının azsaylı təbii areallarından biri və ən böyüyü olan Bəsitçay çinar meşəliyi 1974-cü ildə dövlət mühafizəsinə götürülüb və həmin ərazidə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Təəssüf ki, qoruğun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarı ağacları kəsilərək məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:01 / 21.09.2021
Ermənilər Zəngilanda qədim Şərq çinarlarını kəsib – Nazir müavini
Hazırda oxunan: Ermənilər Zəngilanda qədim Şərq çinarlarını kəsib – Nazir müavini
Hazırda oxunan: Ermənilər Zəngilanda qədim Şərq çinarlarını kəsib – Nazir müavini
37925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.