Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, bloqerlər və akademiklərlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün tvitterdəki hesabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Gürcü jurnalist və blogerlər işğaldan azad olunmuş ərazilərə getdi - FOTO
"Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər", - deyə Hikmət Hacıyev bildirib.
Bizim.Media
Pleased to welcome journalists, bloggers, academicians from neighboring Georgia. We had friendly and broad exchange of views on wide ranging regional issues. Georgian friends will also visit Eastern Zangazur and Karabakh Economic Zones, particularly Shusha and Agdam. ???? pic.twitter.com/V8KYSvJ196
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 20, 2021