Azərbaycan və Ermənistan nümayəndələri Gürcüstanda danışıqlara başlayır - Bizi kim təmsil edir? - ÖZƏL

Hazırda oxunan: Azərbaycan və Ermənistan nümayəndələri Gürcüstanda danışıqlara başlayır - Bizi kim təmsil edir? - ÖZƏL

37817

Son vaxtlar Paşinyanın sülhə yönəlik açıqlamaları, Ermənistanın müdafiə naziri Krapetyan Azərbaycanla sülh sazişi üçün Rusiyaya səfər etməsi barədə yayılan xəbərlər Cənubi Qafqazdakı hadisələrin yeni məcraya girəcəyindən xəbər verir. Bu əsnada hər iki ölkənin eks məmur və cəmiyyətdə tanınan analitikləri arasında görüş də istisna deyil.

Bizim.Media-nın əldə etdiyi özəl informasiyaya görə, azərbaycanlı və erməni sabiq məmurlar arasında belə görüşlərdən biri Gürcüstanda planlaşdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan bərabər tərəfdaş kimi qəbul edilmir” – Rusiyalı türkoloq


Azərbaycan tərəfdən görüşdə iştirak edəcək şəxslər arasında politoloqlar Eldar Namazov Zərdüşt Əlizadənin adları hallanır.

Bu barədə Zərdüşt Əlizadəni suala çəkdik. 

- Son vaxtlar İrəvandan səslənən bəyanatlar Azərbaycanla sülhə hədəflənmiş kimi görünür. Ümumən sülh danışıqlarındakı ayrıntı və anlaşılmazlıqların çözülməsi üçün hər iki ölkənin eks məmur, yaxud politoloqlarının görüşü mümkündürmü? 

- Dövlətlərarası münasibətlər gərgin olanda adətən imkan verirdilər ki, təqaüdə çıxmış, amma dövlət qurumları ilə kifayət qədər sıx əlaqələri olan yüksək vəzifəli keçmiş məmurlar görüşsünlər. Fikir mübadiləsi etsinlər. Qəraib (Karib) böhranından sonra müharibə təhlükəsindən qurtulmuş Amerika cəmiyyətdə mühüm mövqeyi olan sabiqlər arasında qeyri-rəsmi görüşlər keçirirdi. Mən də vaxtı ilə belə konfranslarda iştirak etmişəm. Bu çox faydalı bir formatdır. Əgər belə bir görüş olsa, ən münasib yer Gürcüstandır.
 

Gürcüstanda erməni və azərbaycanlı eks vəzifəlilər görüşə bilər. Ermənistanda tanınmış sülhniyyətli insanlar var ki, onlar uzun illərdir Azərbaycanla barış tərəfdarıdırlar. Sayları çox deyil, amma tanınmış insanlardır.


- Belə başa düşdüm ki, görüş baş tutsa və sizi də dəvət etsələr, erməni sabiqlərlə müzakirələrə qatılarsınız?

- Mən heç dəvət eləməmişdən – münaqişə zamanlında, 90-cı və 2000-ci illərdə Ermənistana da getmişəm, Qarabağda da olmuşam. Mən sülh tərəfdarıyam. Onu demək istəyirəm ki, erməni cəmiyyətində də, Azərbaycan cəmiyyətində də müharibənin əleyhinə olan sülh tərəfdarları var. Bu görüşə ehtiyac var, ümidvaram ki, baş tutacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin