Ərdoğan görüş üçün Paşinyanın qarşısında hansı şərtlər qoyub? – DETALLAR AÇIQLANDI

Hazırda oxunan: Ərdoğan görüş üçün Paşinyanın qarşısında hansı şərtlər qoyub? – DETALLAR AÇIQLANDI

37665

“Hazırda erməni dövlətçiliyinin demontaj prosesləri davam edir. Məlum olduğu kimi, Ermənistan hökumətinin başçısı Gürcüstanın Baş naziri vasitəsi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş istəyib.

Prezident Ərdoğan erməni tərəfinin istəyini səxavətlə dinləyib və sözün əsl mənasında belə cavab verib:

"Türkiyə Ermənistanla əlaqələrin qurulmasına icazə verə bilər, amma bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə diplomatik əlaqələr qura bilər".

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında sabiq deputat Arman Abovyan yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Ərdoğanla görüşmək üçün Gürcüstan Baş nazirinə yalvarıb?


“Ərdoğanın Paşinyan qarşısında qoyduğu şərtlər nədən ibarətdir? Gəlin, onları maddə-maddə açıqlayaq.

1-Zəngəzur vasitəsi ilə Azərbaycan və Türkiyə arasındakı quru əlaqəni təmin edin.

2-Türkiyə əleyhinə ritorikadan və siyasətdən əl çəkin.

3-44 günlük müharibənin nəticələri ilə razılaşın, Azərbaycanın ərazi bütövlüyünü tanıyın. 

4-Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin olmasını qanuniləşdirin. 

5-De-fakto Qarabağın müstəqilliyi ideyasından əl çəkin, Ermənistan hökuməti bu və ya digər şəkildə Qarabağın Azərbaycana daxil olmasına razılıq versin.

6-Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması gündəmdən çıxarılsın. 

7-"1915-ci il hadisələrini" öyrənmək üçün tarixçilərdən ibarət komissiya yaradılsın və bununla da Soyqırım məsələsi siyasi müstəvidən tarixi məsələyə keçsin. 

8-Erməni millətinin varlığı üçün əsas olan Ay Data ideyasından əl çəkin. 

Bu şərtlərin yerinə yetirilməsinə zəmanət aldıqdan sonra Ərdoğan səxavətlə görüşə razılıq verib”, deyə o, qeyd edib. 

“Tezliklə Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşdırmasına xidmət edən "yol xəritəsi" hazırlamaq üçün hökumətlərarası komissiya yaradılacaq.
 

Bu komissiya əslində erməni tərəfinin Türkiyə şərtlərini mərhələli şəkildə qəbul etmək üçün görüntüdür. Əminəm ki, Paşinyan hakimiyyəti türklərin dərhal Ermənistana qarşı xeyirxah və humanist olacağı ümidi ilə Türkiyənin bütün şərtlərini yerinə yetirməyə razı olacaq.


Nəticədə Türkiyə Ermənistanın parçalanması yolu ilə Azərbaycanla quru yolla birləşəcək. Paşinyan hökuməti bunu başa düşürmü? Məncə bəli”, deyə Abovyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin