“Hər sahədə olduğu kimi hərbi sahədə də Türkiyənin Azərbaycanla artan əməkdaşlığı və bu əməkdaşlıq fonunda bir neçə gün öncə Türkiyə və Azərbaycanın Xəzərdə hərbi təlimlər keçməsi sözün həqiqi mənasında Rusiyanı ciddi narahat edib”.
Bizim.Media xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə baş tutan hərbi təlimlərdən dərhal sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya gəlməsini xoşniyyətili və yaxud təsadüfi məsələ kimi qiymətləndirmək çətin məsələdir:
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - FOTO
“Bu narahatlığın ciddi olması isə bugün tələsik halda Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmilərinin Bakı Dəniz Limanına gəlməsi ilə izah etmək olar. Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya səfəri zamanı qarşılanma mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak etmişdirlər.
Rusiya Hərbi Dəniz Qüvvələrinin belə tələsik şəkildə Bakıya gəlməsi onu göstərir ki, Rusiya Türkiyənin Xəzərə daxil olmasından artıq ciddi şəkildə narahatdır və bütün imkanları ilə bu əməkdaşlığın qarşısını almağa çalışır.
Ona görə də Azərbaycan və Türkiyə Hərbi Dəniz təlimlərindən dərhal sonra Bakıya səfər etməsi Rusiyanın quruda olduğu kimi dənizdə də Türkiyə qorxusunun olduğunu açıq şəkildə nümayiş etdirmiş oldu. Türkiyə isə Xəzər daxil olmaqla təkcə Cənubi Qafqazdan deyil, eyni zamanda Mərkəzi Asiyada mövqe sahibi olduğunu nümayiş etdirmiş oldu”.
Ekspertin fikrincə, burada diqqəti cəlb edən digər vacib məsələlərdən biri isə İran amilidir:
“Maraqlısı budur ki, İran Azərbaycan və Türkiyə birgə Hərbi Dəniz təlimlərindən narahat olduğunu açıq şəkildə bildirsə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya səfəri məsələsində tam şəkildə susqunluğunu qoruyur. Görünən odur ki, həm Rusiya, həm də İran üçün də ən qorxulu məsələ məhz Türkiyənin Xəzərdə olmasıdır.
Fikrimcə, Türkiyənin Xəzərdə olması onu göstərir ki, həm də Xəzərin hüquqi statusunun yekun həllində Azərbaycana əlavə imkanlar yaradacaq.
Təsadüfi deyil ki, bir neçə gün öncə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Türkiyənin Hərbi Dəniz Qüvvələri sahəsində də dron donammasını uğurla quracağını da bildirib.
Əgər Türkiyə hərbi dəniz qüvvələri sahəsində dronlardan istifadə etməyə başlayarsa və bu bazalardan birini Xəzərdə qurarsa, Azərbaycan baxımından vacib əhəmiyyətə malik hadisə ola bilər”.
Bizim.Media