"KTMT-yə sədrlik Ermənistan üçün heç nəyi dəyişməyəcək" - Rasim Musabəyovdan ŞƏRH

Hazırda oxunan: "KTMT-yə sədrlik Ermənistan üçün heç nəyi dəyişməyəcək" - Rasim Musabəyovdan ŞƏRH

37608

"Ermənistanın KTMT-yə sədrliyi İrəvan üçün heç nəyi dəyişməyəcək. Bu "klub" hərbi-siyasi müttəfiqlərin, ya da Rusiya satellitlərinin (subvirus agentləri) birliyidir".

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Rasim Musabəyov özünün "Facebook" hesabında məqalələrin birinə giriş kimi yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Gorus-Qafan yolundan keçməyə qorxur? - SƏBƏB


Onun fikirlərinin davamı belədir:

"Tacikistan KTMT-dəki sədrliyini təşkilatın digər üzvü olan Qırğızıstana hücum üçün istifadə etdi. Buna birlik demək olar? Ermənistan isə elə vəziyyətdədir ki, hətta Rusiyanın dəstəyi ilə azı 10 il, bəlkə də heç vaxt hərbi revanş almağa cürət etməz. Ona görə də onların KTMT sədrliyinə əhəmiyyət vermək lazım deyil. Çünki Azərbaycan təşkilata üzv olmasa da, Qazaxıstan, Belarus və Qırğızıstana tərəfdaş kimi Ermənistandan daha yaxındır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin