Deputatdan İranda təhsil alan tələbələrimizlə bağlı ÇAĞIRIŞ - “Çevriliş hazırlayırlar...”

Hazırda oxunan: Deputatdan İranda təhsil alan tələbələrimizlə bağlı ÇAĞIRIŞ - “Çevriliş hazırlayırlar...”

37452

İrana təhsil almağa gedən azərbaycanlı tələbələrin başına min bir oyun gətirildiyi iddia olunur. Qızlar İran mollaları tərəfindən zorlanır, oğlanlar isə terrorçu qruplara qoşulur. Bu iddia ilə elə tələbələrin özləri çıxış edirlər. Dediklərinə görə İranda fəaliyyət göstərən ayrı-ayrı din şəbəkələri Azərbaycandan ora gedən tələbələrin beyinlərini zəhərləyərək, öz ölkələrinə qarşı çevirirlər. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa İranda olan əxlaqsızlığın səviyyəsinin dünyanın heç yerində olmadığını bidirib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda rus sektorlarının bağlanması ÇAĞIRIŞINA məşhurlardan CAVAB 


“Deyilənlər həqiqətdir. Bu məsələdə kifayət qədər laqeydliyimiz də xeyli sayda vətəndaşımızın aldanaraq İrana aparılmasına səbəb olub. Axı siz təhsil almağa niyə İrana gedirsiz? Təhsil üçün Türkiyə və Avropa var. Bilirsiz ki, İranda məhz Azərbaycanın əleyhinə bir çox qüvvələrin hazırlanması prosesi baş verir. Orada çoxsaylı azərbaycanlılar var ki, öz dövlətinin əleyhinə delitant kimi yetişdirilir. Onlar sosial şəbəkələrdə ən çox mənim şəxsiyyətimə hücum etməklə, xüsusi tapşırıqları icra edirlər. İnanın ki, hər gün əleyhimə 10-15 təhqiredici materialları ayrı-ayrı səhifələrdə yayınlayırlar. Çünki bu məsələdə bizim prinsipial mövqeyimizi bilirlər. Təssüf ki, bununla da heç bir qurum məşğul olmur və heç kimin vecinə də deyil ki, bu, informasiya məkanımız üçün ciddi təhlükədir”.

Deputatın fikrincə, xüsusi xidmət və hüquq mühafizə orqanları birgə səy göstərək azərbaycanlıları bu tələyə düşməkdən qorumalıdırlar:
 

“İrana gedənləri kiçik ödəniş məbləği qarşılığında öz dövlətlərinə qarşı düşmənə çevirirlər. Onlar bu cür bədbəxt olurlar və beyinləri yuyulur.


Orada çoxsaylı azərbaycanlı var ki, ölkəsinə qayıda bilmir. Çünki xeyli cinayət əməlləri var. Anlamırlar ki, Azərbaycanda istənilən məzhəbə sahib olan insan öz ölkəsinə bağlıdırsa, heç bir problem yaşamır. Hesab edirəm ki, bu məsələ xüsusi xidmət orqanlarımızı ciddi düşündürməli və çox sərt addımlar atmalıdırlar. Addımlar atılmasa, Azərbaycanın gələcəyi ciddi şəkildə təhlükədədir. Çünki bu qüvvələr Azərbaycanda müəyyən çevriliş hazırlamaq, dini ideologiyanı və radikal düşüncəni yaymaq məqsədilə formalaşdırılırlar. Kifayət qədər də dəstəklənirlər”. 

Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu məsələdə hərəkətə keçmələrinin vacibliyini vurğulayıb:
 

“Burada daha çox kriminal fəaliyyətdən söhbət getdiyi üçün prosesi xüsusi xidmət orqanları hüquq mühafizə orqanları ilə birgə çözməlidir.


Təsadüfi deyil ki, “İmam Mehdi” adı ilə Azərbaycandan 10 milyon manat pul xaricə göndərilmək məqsədilə yığılıb. Bu o deməkdir ki, başı boş o qədər azərbaycanlı var ki, nə dindən, nə də ölkənin dəyərindən qanırlar. Bu qədər vəsaiti göndərir ki, Azərbaycana düşmən olan erməni və ya molla yağ-bal içində yaşasın. Bu acı reallığımızdır”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin