10 Noyabrda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Laçında əsir götürülən Livan və Ermənistan vətəndaşı olan snayperçi Maral Nacaryan Ermənistanda iş axtarır.
Bizim.Media xəbər verir ki, bu barədə Erməni mətbuatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İrandan Ermənistana gedən TIR-lar Azərbaycana vergi ödəyəcək - RƏSMİ - FOTO
Məlumatda qeyd olunur ki, Maral sentyabrdın 16-da Livanda yerləşən Erməni Diaspora İşləri üzrə Baş Komissar Zara Sinanyan və və Strategiyanın İnkişafı və Vətənə Qayıtma Departamentinin müdiri Hovanes Aleksanyan ilə görüşüb. Görüş zamanı Maral Ermənistana qayıtmaq istədiyini və orada işlə təmin olunmaq üçün rəsmi adamlardan yardım istəyib.
"Dünən Maral Nacaryan, Baş Komissar Zara Sinanyan ilə görüşmək üçün Diaspora İşləri İdarəsinə baş çəkib. Görüşdə o, Azərbaycanda əsir qalmasından, necə sərbəst buraxıldığından danışıb. Maral həmçinin Ermənistanda iş tapmaqda yardım istəyib”, - deyə komitənin rəsmi məlumatında deyilir.
Maraqlısı isə Nacaryanın belə tez fikrini dəyişməsi olub. Çünki 10 martda əsirklikdən buraxıldıqdan sonra o, Ermənistana qayıtmaq istəməyib və təklifdən imtina edib.
Bundan başqa Nacaryan əsirlikdən buraxılarkən sənədləri Azərbaycanda qalıb və Maral sənədlərinin geri qaytarılmasını istəməyib. Onun vəkili isə buna səbəb kimi, rəsmi İrəvanın Nacaryana qarşı laqeydliyini göstərərək bildirib ki, onu erməni pasportu daha maraqlandırmır.
Vüsalə Balayeva, Bizim.Media