Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasından danışdı

Hazırda oxunan: Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasından danışdı

37314

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gorus-Qafan yolunda Azərbaycan tərəfinin İranın yük avtomobillərini saxlamasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, onlar Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı məntəqələrindəki vəziyyəti diqqətlə izləyirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Laçın dəhlizinə görə qorxuya düşdü: “Hər şeyi edəcəyik ki, bağlanmasın”


“Varatan kəndi yaxınlığındakı vəziyyətin inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə tezliklə başlanmasının vacib olduğunu təsdiq edir. Bu barədə Rusiyanın təklifi həm Bakıya, həm də İrəvana təqdim olunub. Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin