İsa Qəmbərin müşaviri Vilnüsdə hansı söhbətləri eşidib...

Hazırda oxunan: İsa Qəmbərin müşaviri Vilnüsdə hansı söhbətləri eşidib...

37312
Ukrayna bu günlərdə Avropa İttifaqına enerji tranziti və gömrük rüsumları ilə bağlı iki yeni sənəd göndərib. Həmin sənədlərə rəsmi Kiyev tərəfindən düzəliş və əlavələr edilib.

Bu xəbəri də Vilnüsdən Yeganə Hacıyeva verib. Onun sözlərinə görə, Avropa İttifaqının əməkdaşları və ekspertləri hazırda Ukrayna tərəfinin göndərdiyi həmin sənədləri öyrənməklə məşğuldur.

Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Vilnüsdə keçirdiyi mətbuat konfransında bəyan edib ki, “Aİ ilə Assosiasiya sazişi imzalamaq məsələsi ilə bağlı son sözü prezident Viktor Yanukoviç deməlidir, amma o, çox hissəsi Avropaya inteqrasiya tərəfdarı olan Ukrayna xalqının da rəyini nəzərə almalıdır”.

Ş.Füle rəsmi Kiyevə yenə vaxt verib: “Fikirləşmək üçün noyabrın 29-u səhərə qədər vaxt var...”

 *   *   *


Litvanın paytaxtı Vilnüsdə Şərq Tərəfdaşlığı ölkələrinin sammiti başlamaq üzrədir.

Moderator.az xəbər verir ki, artıq Moldova, Ukrayna, Türkiyə və NATO nümayəndə heyətləri Vilnüsə çatıblar. Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşaviri, Azərbaycandan sammiti izləmək üçün Vilnüsə gedən Yeganə Hacıyevanın bildirdiyinə görə, artıq Azərbaycan XİN-in nümayəndə heyəti də Vilnüsdədir. Prezidentlərin isə Litva paytaxtına daha sonra çatacağı gözlənilir.

Y.Hacıyevanın bildirdiyinə görə, Vilnüs sammitinin kuluarlarında əsas müzakirələr Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya sazişini imzayıb-imzalamayacağı barədə gedir. Qərbi Avropa ölkələrindən olan əksər xarici siyasət ekspertləri və vətəndaş cəmiyyəti təmsilçiləri hesab edir ki, Ukrayna prezidenti Viktor Yanukoviç son anda sazişi imzalaya bilər. Belə ki, Avropa İttifaqı ilə Assosiasiya sazişi üzərində işi rəsmən Nazirlər Kabineti və baş nazir Nikolay Azarov dayandırıb. Onun isə ölkənin xarici siyasəti ilə bağlı son qərar vermək səlahiyyəti yoxdur, belə səlahiyyət prezidentə aiddir.

Qeyd edək ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Ştefan Füle də Ukraynanın son anda qərarını dəyişdirəcəyinə ümid etdiklərini deyib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin