Tural Abbaslı hökumətlə barışdı: “İstəmədim adımızla bağlı...” 

Hazırda oxunan: Tural Abbaslı hökumətlə barışdı: “İstəmədim adımızla bağlı...” 

37307

“Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edib. “Tural Abbaslı Azərbaycana qarşı” işi üzrə ərizə baxılacaq şikayətlərin siyahısından çıxarılıb”.

Bizim.Media xəbər verir ki, bunu hüquqşünas Xalid Ağaəliyev sosial şəbəkədə yazıb. 

O qeyd edib ki, məhkəmənin belə qərarı tərəflərin anlaşdığına görədir:

“Hökumət 3 ay içində T.Abbaslıya 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə 500 avro xərc, məsrəf əvəzi ödəməlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı “ömürlük” TƏKLİF EDİR – “Qanunvericilik dəyişməlidir”


Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı ilə əlaqə saxladıq və o, bildirdi ki həmin qərar 2013-cü ildə onun barəsində tətbiq edilmiş inzibati xəta ilə bağlıdır: 

“O zaman mitinqdə iştirak etdiyimə görə mənə cərimə yazılmışdı. Cəriməni ödəmədiyim üçün mənə inzibati işlərlə məşğul olmaqla bağlı məhkəmə hökmü çıxarılmışdı. Biz bu hökmlə bağlı Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdik".

Tural Abbaslının sözlərinə görə, qərar çıxmamışdan 2-3 ay öncə hökumət məsələ ilə bağlı ona barışıq təklif edib: 

"Bununla da, dolayısı ilə öz yanlışlıqlarını etiraf etmiş olmuşdular. Biz də qərara aldıq ki, adımızla bağlı Azərbaycana qarşı ifadələr səslənməsin. Ona görə də gələcəkdə hakimiyyət bu sahədə şikayətçilərlə ünsiyyətə keçməlidir və onların sayının azaldılması istiqamətində işlər görülməlidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin