ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytına açıqlamasında Azərbaycanın dövlətçilik tarixinin başlanğıcını Məmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Demokratik Cümhuriyyəti ilə əlaqələndirməyin yanlış olduğunu bildirib. Partiya sədrinin sözlərinə görə, belə bir yanaşma Azərbaycanın dövlətçilik tarixinin təhrifidir: “Azərbaycanın milli dövlətçilik tarixi Azərbaycan Xalq Cümhuriyyətindən də çox-çox qabaqlara gedib çıxır. Bu dövlətçilyiin tarixi Şah ismayıl Xətaidən başlayır, hansı ki, onun qurduğu imperiyanın son məhsulu kimi müasir Azərbaycan respublikası var. Biz öz milli dövlətçilik tariximizi Rəsulzadə ilə əlaqələndirməklə tarixi təhrif edir, özümüz tariximizin ən şanlı səhifələrindən imtina edirik. Bu, olduqca böyük və fəlakətli səhvdir”.
Seymur Əliyev































































































