Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə yenidən görüşdü – FOTO 

Hazırda oxunan: Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə yenidən görüşdü – FOTO 

37240

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb. 

Bizim.Media-nın məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı tviter səhifəsində paylaşım edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev İran səfiri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR? - FOTO


“Bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı münasibətlərimizin cari vəziyyətini və gələcəyini, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə etdik”. 

Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin