Vidadi İsgəndərli müxalif liderləri ittiham etdi

Hazırda oxunan: Vidadi İsgəndərli müxalif liderləri ittiham etdi

37224

Rəsul Quliyev ABŞ-da bir neçə günlük səfərdə olan Cəmil Həsənli ilə görüşməyi lazım bilmədiyi kimi eynilə Tiflisdə olarkən Rüstəm İbrahimbəyovla İsa Qəmbər də bir-birinə hətta zəng vurmağı lazım bilmədilər. Görəsən, bu cür qarşılıqlı etimadsızlıq mühiti bötpövlküdə müxalif düşərgəyə nə vəd edir?

 İctimai Palatanın üzvü Vidadi İsgəndərli Moderator.az-a açıqlamasında yaranmış duruma görə hər kəsin bu və ya digər formada günahkar olduğunu bildirir:

“Siyasət ağır, çətin bir institutdur. Üstəlik, bizim siyasətdə son zamanlar bəzi siyasətçilər “ulduz xəstəliyi”nə tutulublar.Rəsul Quliyev ABŞ da yaşasa da Milli Şura proyektinə (Rüstəm İbrahimbəyov variantına) üstünlük verdi. İsa Qəmbər İsə milli mənafedən, Müsavat Partiyasının proqramından ,məramından çıxış edərək avroatlantik məkana inteqrasiyaya üstünlük verdi və ortaya Cəmil Həsənli proyekti çıxdı.Məhz  bundan sonra Eldar Namazovun,Rəsul Quliyevin , Lalə Şövkət  xanımın Milli Şuraya münasibətləri dəyişdi.Əli Kərimli isə öncə Rusiya proyektini müdafiə edirdi, Rüsiya proyekti alınmayanda Cəmil Həsənlini müdafiə etdi. Mən Sizin suala sualla cavab vermək istəyirəm. Nə qədər siyasi savadsız olmaq lazımdır,inanasan ki,Rusiya öz proyektini qura, 2 ildən sonra guya (MŞ proqramı belə idi) milli qüvvələri hakimiyyətə gətirə. İkincisi, hansı (özünü müxalifət partiya lideri hesab edən) liderin prezident seçilmək imkanı olduğu halda  başqa şəxsə bu imkanı verər? Azərbaycanda  müxalifət partiya liderləri var. Xalqın müxalifət lideri yoxdur. 3 cü qüvvəninsə  xalqın liderinə çevrilməsinə nə müxalifət imkan verir, nə də iqtidar. Bəla burasındadır ki, müxalifət partiya liderlərini xalqın liderinə çevrilməsinə elə müxalifət partiyaları imkan vermir.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin