Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, təbrik paylaşımda şəhidlərimiz də anılıb:
"Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etdi və azərbaycanlı qardaşlarımızın qəlbində bir taxt qurdu. Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik".
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad ediblər. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bizim.Media
Nuri (Killigil) Paşa komutasındaki Kafkas İslam Ordusu, 103 yıl önce Bakü’yü işgalden kurtararak, Azerbaycanlı kardeşlerimizin gönlünde taht kurdu. Bu özel günü gönülden kutluyor, şehitlerimizi ve gazilerimizi rahmet, minnet ve şükranla anıyoruz. #TekMilletİkiDevlet ?? ?? pic.twitter.com/5WLG3xVrnx
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 15, 2021