Qüdrət Həsənquliyevin partiyasından Sərdar Cəlaloğluna CAVAB: “Sərdar Rusiya və İranın agentidi”

Hazırda oxunan: Qüdrət Həsənquliyevin partiyasından Sərdar Cəlaloğluna CAVAB: “Sərdar Rusiya və İranın agentidi”

37030

"Sərdar 100% Rusiya və İranın agentidi. O, Azərbaycan dövlətinə və xalqına zərər vurmaq üçün Rusiya əleyhinə elə onların tapşırığı ilə təxribat xarekterli açıqlamalar verir. Çox çəkməz onun maskası cırılar".

Bu sözləri Bizim.Media ilə son günlər Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Qüdrət Həsənquliyev haqqında dedikləri barədə danışan BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərdar Cəlaloğlu “O adam Azərbaycan siyasətində mənfi tendensiyaların anasıdır”– MÜSAHİBƏ - FOTO


Niyaməddin Orduxanlı Qüdrət Həsənquliyevin "Ermənistan baş tutmayan dövlətdir, Rusiyanın forpostudur.

Biz bütün məsələləri Rusiya ilə müzakirə etməliyik" açıqlamasından da bəhs edib:

"Bu açıqlama Rusiyanın Azərbaycandakı agenturasını çox ciddi narahat edib. Həmin agentura bu və ya digər formada Qüdrət bəyi hədəfə alırlar. Sərdar da həmin o agenturanın tör-töküntülərindəndir".
 

Xatırladaq ki, Sərdar Cəlaloğlu sentyabrın 13-də "YouTube" kanallarından birindəki çıxışı zamanı Qüdrət Həsənquliyevin ünvanına ruspərəst ittihamları səsləndirib.


O, bildirib ki, Qüdrət Həsənquliyev bir vaxtlar Qarabağı azad etmək üçün Rusiyanın istənilən şərtini qəbul etməyi təklif edirdi. Sərdar Cəlaloğlunun fikrincə, bu təklif konstitusiya və dövlətin xarici siyasətinə ziddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin