Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı yeni icra başçılarının onlara göstərilən etimadı doğruldacağına ümid etdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Prezident Cəlilabada yeni icra başçısı TƏYİN ETDİ
“Siz Cəlilabad və Şəmkir rayonlarının icra başçıları vəzifələrinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız”.
Rafiq Cəlilov göstərilən etimada görə prezidentə minnətdarlığını ifadə edib:
“Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm, çox təşəkkür edirəm. Göstərdiyiniz etimadı, Sizin dəstəyinizə arxalanaraq yüksək səviyyədə doğruldacağıma söz verirəm. Çox sağ olun”.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirə yeni icra başçısı təyin edildi – PREZİDENTDƏN SƏRƏNCAM
Prezidentə təşəkkür edən Rəşad Tağıyev isə Şəmkirin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb:
“Mən də öz növbəmdə, mənə göstərdiyiniz yüksək etimada görə Sizə təşəkkür edirəm. Eyni zamanda, qeyd etmək istərdim ki, mən bunu yüksək etimadla yanaşı, yüksək məsuliyyət kimi də qəbul edirəm və söz verirəm ki, rayonun iqtisadi, sosial, mədəni inkişafının təmin olunmasında əlimdən gələni əsirgəməyəcəyəm. Yüksək etimada görə, Sizə bir daha dərin təşəkkürümü bildirirəm”.
Bizim.Media