Fransa parlamentindən sonra Almaniya Bundestaqı da Qondarma Qarabağın tanınması məsələsini müzakirə edib.
Bizim.Media xəbər verir ki, Almaniyada yaşayan insan haqları müdafiəçisi Emin Milli bu barədə bundestaqın Almaniya-Cənubi Qafqaz qrupunun üzvlərinə məktub ünvanlayıb. Emin Milli məktubunda onlara məsələyə birtərəfli baxmamalarını, kilsələri müdafiə edəndə, məscidləri də nəzərlərindən qaçırmamalarını xahiş edib. O, məktubunda bu müharibənin ermənilərin qələmə verdiyi kimi heç də etnik və ya dini savaş olmadığını açıqlayıb.
“Azərbaycan və Ermənistan konflikti heç də dini və etnik zəmnində baş verməyib. Bu qanunsuz ərazi iddiası ilə başlayıb. Azərbaycanda hər zaman, bütün millətlər və müxtəlif dinlərin nümayəndələri dinc və əminamanlıq içərisində yaşayıb".
"Siz kilsələrin guya bizim tərəfimizdən dağıdıldığı haqqında müzakirələr edəndə, 30 ilə yaxın müddətdə dağıdılan, yerlə-yeksan edilən, tövləyə çevrilən məscidlərdən da söz açın”, -deyə məktubda qeyd edilib.
Daha sonra E.Milli regionda sülhü qorumaq üçün erməni və azərbaycanlıların mehriban yaşamalı olduqlarını vurğulayıb.
“Bəzi erməni siyasətçiləri müharibəyə davam edib, sülh müqaviləsini pozmaq istəyirlər. Bu ən böyük təhlükə mənbəyidir. Sülhü qorumaq üçün Ermənistan əlindən gələni etməlidir ki, Türkiyə ilə Azərbaycan arasında olan sərhədlər onların üzünə açılsın. Bu Ermənistanı inkişafa doğru aparacaq”.
Emin Milli məktubda hərbi cinayət törədən insanların mütləq şəkildə cəzalandırılmalı olduqlarını yazıb. O, müraciətində ermənilərin törətdikləri qətliamlara görə heç kimi cəzalandırmadıqlarını, əksinə bunu qəhrəmanlıq kimi qələmə verdiklərini bildirib.
E.Milli buna bariz nümünə kimi vaxtikən S.Sarkisyanın Tom de Vaala verdiyi müsahibəsini göstərib. Emin Milli Alman siyasətçilərini ədalətli qərar verməyə çağırıb.
İnsan haqları müdafiəçisinin bu müraciəti siyasətçilər tərəfindən nəzərə alınaraq, Bundestaqda geniş müzakirələr aparılıb, obyektiv qərar verilib. Ermənilərin təxribatı Almaniya parlamentində baş tutmayıb.
Daha sonra E.Milli öz “Facebook” səhifəsi vasitəsilə onlara təşəkkürünü bildirib.
“Bu gün Bundestaqda obyektiv açıqlamalar verən, xüsusən də kilsə və məscidlərdən, erməni və azərbaycan xalqının itkilərindən, kədərindən bəhs edən, mədəni irslə bağlı doğru müzakirələr aparan bütün Alman siyasətçilərinə təşəkkür edirəm. Fransa Senatındakı həmkarlarınızdan fərqli olaraq ədalətli və obyektiv olduğunuz üçün sizə təşəkkür edirik”, - deyə o yazıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:20 / 27.11.2020
Almaniya parlamenti Emin Millinin müraciətini nəzərə aldı
Hazırda oxunan: Almaniya parlamenti Emin Millinin müraciətini nəzərə aldı
Hazırda oxunan: Almaniya parlamenti Emin Millinin müraciətini nəzərə aldı
3685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.