Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun icra strukturlarında işləyən deputatların, xüsusən də universitet rektorlarının deputat mandatını qanunsuz olaraq gəzdirmələriylə bağlı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət etməsinə ictimai dəstək gəlməkdədir.
Tanınmış hüquqşünas Əlövsət Əliyev də Moderator.az-a açıqlamasında bunun çox ciddi qanun pozuntusu olduğunu bildirir:
“Məncə İlyas muəllimin müraciəti tam qanuni və əsaslıdır. Cünki qanun elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlə məşgul olma hallarını istisna hal hesab edir. Rektor isə elmi, pedagoji və ya yaradıcılıq deyil,idarəcilik fəaliyyətidir. İcra hakimiyyəti orqanına birbaşa tabedir.”


































































































