Zakir Həsənov generalın istefasını qəbul etmədi

Hazırda oxunan: Zakir Həsənov generalın istefasını qəbul etmədi

36585
Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun təqaüdə çıxmaq haqda ərizəsi nazir Zakir Həsənov tərəfindən qəbul edilməyib. Avropa.info-nun Müdafiə Nazirliyindəki mənbədən aldığı məlumata görə, bir neçə gün öncə idarə rəisi  rəsmi ərizə ilə nazirə  müraciət etsə də , Zakir Həsənov  onunla  işləmək istədiyini bildirib. Mənbə bildirir ki, Ramiz Nəcəfovu bu addımı atmağa yeni nazirin apardığı kadr islahatları  sövq edib. Zakir Həsənovun kadr islahatlarının ondan da yan keçməyəcəyini düşünən general özü işdən azad olunmaq qərarına gəlib. Lakin gözləmədiyi halda  yeni nazir onun işində qalmasını istəyib. Mənbə qeyd edir ki, Ramiz Nəcəfov hələ Səfər Əbiyevin nazir olduğu dönəmlərdə də təqaüdə getmək üçün ərizə ilə müraciət edibmiş. Lakin keçmiş nazir də onun istefasını qəbul etməyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin