“Nəcməddin Sadıqov vəzifədən getməlidir”

Hazırda oxunan: “Nəcməddin Sadıqov vəzifədən getməlidir”

36571

 “Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov tutduğu vəzifədən azad edilməlidir”. Bu sözləri Moderator.az saytına açıqlamasında “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov bildirib. Ekspertin sözlərinə görə, belə bir addım əsaslı ordu quruculuğu baxımdan vacibdir: “Nəcməddin Sadıqovun tutduğu vəzifədən azad edilməsini zəruri hesab edirəm. Belə bir addım əsaslı ordu quruculuğu baxımından zəruridir. Çünki onun bugünə qədərki fəaliyyəti Azərbaycan ordusunun inkişafı baxımından heç nə ilə yadda qalmayıb. Bu gün bir çoxları N.Sadıqov haqqında danışmaqdan ehtiyat edirlər ki, bunun da səbəbi adıçəkilən şəxsin ölkə başçısı ilə qohumluq əlaqəsinə malik olmasıdır. Lakin bu əlaqə N.Sadıqova əsas vermir ki, o, Azərbaycan ordusunun inkiafı yolunda maneəyə çevrilsin. Məncə artıq bu şəxslə vidalaşmaq vaxtı çoxdan çatıb ”.

 Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin