«Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur».
Bizim.Media-nın xəbərinə görə bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb.
Zaxarova qeyd edib ki, üçtərəfli bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkün olur:
«Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər».
Rusiya XİN rəsmisi daha sonra Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun ötən həftə ərzində Dağlıq Qarabağla bağlı təmasları haqqında məlumat verib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:24 / 27.11.2020
Zaxarova: “Rusiya sülhməramlılarına qarşı təxribat olmayıb”
Hazırda oxunan: Zaxarova: “Rusiya sülhməramlılarına qarşı təxribat olmayıb”
Hazırda oxunan: Zaxarova: “Rusiya sülhməramlılarına qarşı təxribat olmayıb”
3656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.